525.Az

İstanbulda yaxalanan terrorçu qətliamı "İŞİD" adına həyata keçirdiyini etiraf etdi


 

İstanbulda yaxalanan terrorçu qətliamı "İŞİD" adına həyata keçirdiyini etiraf etdi<b style="color:red"></b> “Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”.
 
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib.
 
V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”.
 
Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.
 





17.01.2017    çap et  çap et