525.Az

Bu il 124 tələbə Təfəkkür Universitetinin diplomunu alacaq


 

Bu il 124 tələbə Təfəkkür Universitetinin diplomunu alacaq<b style="color:red"></b> Hazırda Təfəkkür Universitetində 750 tələbə təhsil alır.
 
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, onlardan 124 nəfəri sonuncu kursda oxuyur. Həmin tələbələr bu ilin yayına kimi tədrislərini davam etdirərək Təfəkkür Universitetini bitirə biləcək.
 
Digər tələbələrin isə qış imtahan sessiyasından sonra digər ali məktəblərə köçürülməsi təmin ediləcək.

Bununla bağlı yaradılan İşçi Qrup tərəfindən tələbələr ixtisaslarına və qəbul zamanı topladıqları ballara uyğun olaraq digər ali məktəblərə yerləşdiriləcək.
 





17.01.2017    çap et  çap et