525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Yanvarın 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz  6-8° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 %  təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
 
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, şimal və şərq rayonlarında çiskinli yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Cavid QƏDİR
 





17.01.2017    çap et  çap et