525.Az

Sekuta Trampın inauqurasiyasında iştirak etməyəcək


 

Sekuta Trampın inauqurasiyasında iştirak etməyəcək<b style="color:red"></b> ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Donald Trampın inauqurasiya mərasimi günü Azərbaycanda olacaq.
 
Bu barədə APA-ya səfirlikdən məlumat verilib.
 
Xatırladaq ki, ABŞ-da prezident seçilmiş Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.
 
“New-York Times” qəzeti diplomatlara istinadən yazıb ki, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş də göndərilib.
 





17.01.2017    çap et  çap et