525.Az

Aprel şəhidləri Mahnı Teatrında yad edildi


 

Aprel şəhidləri Mahnı Teatrında yad edildi<b style="color:red"></b>

Yanvarın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Aprel xatirələri" adlı tədbir keçirilib.

Tədbir 2016-cı ilin aprel döyüşlərində "Mi-24" helikopterinin vurulması zamanı şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid ailələrinin üzvləri - Əli Musazadə, Şəbnəm İsmayılova, Ceyran Axundova, Vidadi Vəlizadə, Pərişan Musazadə və başqaları keçən il aprelin 2-də Azərbaycan ordusunun apardığı müzəffər döyüşlərdən, üç şəhidin ömür yolundan söhbət açıblar, onlarla bağlı xatirələrini bölüşüblər.

Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin üzvləri şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Sonda aprel döyüşləri qəhrəmanlarının xatirəsinə həsr olunmuş "Şahinlər" adlı sənədli film nümayiş etdirilib.

 





17.01.2017    çap et  çap et