525.Az

Azərbaycanlı milyarderlər Avropanın ən iri okeanariumunu satıblar?


 

Azərbaycanlı milyarderlər Avropanın ən iri okeanariumunu satıblar?<b style="color:red"></b> Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyev Avropanın ən nəhəng okeanariumu olan "Moskvarium"un oliqarx Arkadi Rotenberqə satılmasını təkzib ediblər.

"APA-Economics" xəbər verir ki, bu barədə "Forbes" jurnalı öz mənbələrinə istinadən yazır.
 
Q. Nisanov və Z. İliyevə məxsus "Kiyev meydanı" QSC-nin adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, "Moskvarium"da aparılan struktur dəyişiklikləri mülkiyyətçinin dəyişdirilməsi anlamına gəlmir.
 
Xatırladaq ki, bu gün RBK agentliyi öz mənbələrinə istinadən yazıb ki, A. Rotenberqə məxsus şirkətlər "Moskvarium"un sahibinə çevriliblər: "Hazırda okeanariumun tam sahibi Rotenberqin strukturlarıdır".
 
Q. Nisanov və Z. İliyev okeanariumun tikintisinə 1,5 mlrd. dollar yatırıblar. Rusiyanın "daşınmaz əmlak kralları" layihədən mənfəət əldə edə bilməyiblər.
 





17.01.2017    çap et  çap et