525.Az

İranla Suriya arasında 5 saziş


 

İranla Suriya arasında 5 saziş <b style="color:red"></b> İranla Suriya arasında 5 saziş imzalanıb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, Tehranda keçirilən imzalanma mərasimində İran prezidentinin I müavini İshaq Cahangiri və Suriya baş naziri İmad Xəmis iştirak edib.
 
Qeyd edək ki, Suriya baş naziri İmad Xəmisin başçılıq etdiyi nümayəndə heyəti hazırda Tehranda səfərdədir.
 
İmzalanmış sənədlər iki ölkənin Əl-Şərqiyə (Suriya) fosfat mədəninin işlənilməsinə dair birgə fəaliyyətini, habelə əkinçilik məqsədi ilə 5 min hektar ərazinin İranın istifadəsinə verilməsini nəzərdə tutur. Eyni zamanda Suriya İranın istifadəsinə neft-qaz terminallarının inşası üçün 5 min hektar ərazi, eləcə də Zahid maldarlıq obyekti və onun ətrafındakı ərazini verəcək. Digər sənədə görə, Suriya mobil operatorluq fəaliyyətinə dair lisenziyanı İran şirkətlərinə birinə verəcək.
 
Suriya baş naziri həmçinin bu gün Tehranda İran Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşəcək. Görüşdə Suriya məsələsi müzakirə olunacaq.
 





17.01.2017    çap et  çap et