525.Az

Poroşenko: “Trampla görüş barədə razılığa gəldik”


 

Poroşenko: “Trampla görüş barədə razılığa gəldik”<b style="color:red"></b> Ukrayna prezidenti Pyotr Poroşenko Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-a səfər edərək onunla görüşəcəyini bildirib.
 
APA-nın xəbərinə görə, P. Poroşenko bunu “Bloomberg“ə müsahibəsində deyib. O, bu barədə Trampla razılığa gəldiklərini söyləyib: “Mən seçkidən sonra Trampa telefon edən ilk liderlərdən biri oldum. Biz görüş barədə razılığa gəldik”.
 
P. Poroşenkonun sözlərinə görə, Rusiyaya tətbiq olunmuş sanksiyalar yalnız o vaxt götürülə bilər ki, bu ölkə öz qoşunlarını Ukraynadan çıxarsın və Ukrayna ərazilərinin işğalına son qoysun.
 





17.01.2017    çap et  çap et