525.Az

Gənc yazıçıdan ilk kitab


 

Gənc yazıçıdan ilk kitab<b style="color:red"></b>

Bugünlərdə gənc yazıçı Amin Sükutun "Tuflinlər" adlı ilk kitabı "Parlaq İmzalar" Nəşriyyatı tərəfindən çap edilib.

525.az-ın məlumatına görə, redaktoru gənc yazıçı Cavid Qədir olan əsərin təqdimatı və İmza günü yanvarın 22-də saat 15:00-da "Central Park Hotel"də ( Süleyman Rəhimov küçəsi 165/ "28 may" metrostansiyası, Heydər Əliyev sarayının yaxınlığı) baş tutacaq.

184 səhifədən ibarət, nəfis şəkildə nəşr edilən kitab əsasən uşaqlar üçün nəzərdə tutulmasına baxmayaraq yetkin oxucuları da maraqlandıracaq sosial, psixoloji məqamları özündə birləşdirir. Dünyaya, ətraf aləmə, ümumilikdə həyata yeni prizmadan baxış imkanı yaradır.

Əsərdə iki böcəyin öz koloniyalarını düşmənlərdən qorumaq üçün göstərdiyi əzm və fədakarlıqlardan axıcı dillə bəhs olunur.

Qeyd edək ki, əsərin oxucu auditoriyasını daha çox uşaqlar təşkil edəcəyindən kitab şəkilli olaraq çap edilib.

Əlavə məlumat üçün bildirək ki, kitabın qiyməti 8 manat təşkil edir.

C.ŞÜKÜROV

 





17.01.2017    çap et  çap et