Avroliqada yarımfinal mərhələsinin püşkü atılıb.
525.az-ın məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə atılan püşkatmaya əsasən, yarımfinalda aşağıdakı cütlüklər qarşılaşacaq:
“Fənərbaxça” (Türkiyə) - "Benfika" (Portuqaliya)
“Bazel” (İsveçrə) - “Çelsi” (İngiltərə)
Yarımfinalda ilk oyunları aprelin 25-i, cavab oyunları isə mayın 2-də keçiriləcək.
Final isə mayın 15-i Hollandiyanın "Amsterdam Arena" stadionunda baş tutacaq.