525.Az

"Bir mətbuat konfransının tarixi" sənədli filminin təqdimatı keçiriləcək


 

"Bir mətbuat konfransının tarixi" sənədli filminin təqdimatı keçiriləcək<b style="color:red"></b>

Sabah Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində "Bir mətbuat konfransının tarixi" adlı sənədli filmin təqdimatı keçiriləcək.

Şuradan Trend-ə verilən məlumata görə, məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirib, hadisəyə siyasi qiymət verib.
 
Onun çıxışından sonra Moskvada yaşayan minlərlə azərbaycanlı etiraz mitinqləri keçirib. Bununla yanaşı Rusiyadan SSRİ Ali Sovetinin deputatları, ictimai təşkilatların nümayəndələri Bakıya gəliblər. Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər geniş ictimaiyyətə çatdırılıb, mövcud istiqamətdəki yanlış ictimai rəy aradan qalxıb.

"Bir mətbuat konfransının tarixi" sənədli filmində bütün bu məqamlara nəzər salınıb, Ulu öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilib, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer alıb.

Qeyd edək ki, "Bir mətbuat konfransının tarixi" sənədli filminin məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi "Qulp studio" tərəfindən hazırlanıb.

 





18.01.2017    çap et  çap et