525.Az

Sobçak prezident İlham Əliyevi verilişinə dəvət edib (FOTO)


 

Sobçak prezident İlham Əliyevi verilişinə dəvət edib<b style="color:red"> (FOTO)</b>

Sobçak Azərbaycan prezidenti İlham Əliyevi verilişinə dəvət edib. Bu barədə Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumunda iştirak edən məşhur rusiyalı jurnalist Kseniya Sobçak "Twitter" səhifəsində yazıb.

ANS PRESS-in verdiyi xəbərə görə, Kseniya Sobçak forumda iştirak edərkən Azərbaycan prezidenti İlham Əliyevlə tanış olduğunu və onu “Dojd” kanalında yayımlanan proqramına dəvət etdiyini yazıb.

Xatırladaq ki, jurnalist Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Ümumdünya Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Forum aprelin 11-13-də keçirilir.

 





13.04.2013    çap et  çap et