525.Az

“Galaxy Note 7” smartfonlarının öz-özünə partlamasının səbəbi


 

“Galaxy Note 7” smartfonlarının öz-özünə partlamasının səbəbi <b style="color:red"></b> "Samsung” şirkətinin Seul şəhərində yerləşən baş ofisində keçirilən mətbuat konfransında “Galaxy Note 7” smartfonlarının öz-özünə partlamasının səbəbi açıqlanıb.
 
APA-nın “lneta.ru”ya istinadən verdiyi məlumata görə, “Samsung” şirkəti “Galaxy Note 7” satışa buraxılmazdan öncə problemi müəyyənləşdirərək aradan qaldırmadığını etiraf edərək bunun məsuliyyətini üzərinə götürüb. Bu tip insidentlərin baş verməməsi üçün xarici ekspert və məsləhətçilərdən ibarət işçi qrupu yaradılıb.
 
Şirkətin mühəndisləri müstəqil təşkilatların mütəxəssisləri ilə birlikdə partlayışların səbəbini aydınlaşdırmaq üçün 200 min cihazı və 30 min mini akkumulyatoru tədqiq ediblər.

Araşdırma zamanı məlum olub ki, problem akkumulyatorların layihələndirilməsindəki çatışmazlıqlar və cihazların yığmasının texniki prosesi ilə bağlı ola bilər.
 
Xatırladaq ki, “Galaxy Note 7 “ 2016-cı ilin avqustunda satışa buraxılmışdı. İki aydan sonra cihazların öz-özünə partlaması səbəbi ilə satış dayandırılıb.
 





23.01.2017    çap et  çap et