525.Az

BP vitse-prezidenti Neft Məktəbində


 

BP vitse-prezidenti Neft Məktəbində<b style="color:red"></b> Bakı Ali Neft Məktəbində (BANM) BP-nin illik silsilə təqdimatları 2017-ci ilin yanvar ayından “BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirdiyi əməliyyatlara ümumi baxış” mövzusunda məruzə ilə başlanıb.
 
BANM-dan APA-ya bildirilib ki, təqdimatı BANM-ın Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün Azərbaycanda BP şirkətinin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov keçirib.

O, təqdimatda Azərbaycan, Gürcüstan və Türkiyə regionunda BP şirkəti tərəfindən geniş miqyaslı və dünya səviyyəli layihələrin həyata keçirilməsi haqqında ətraflı məlumat verib.

Son 20 ildə “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” yataqlarında neftin və qazın hasilatı və nəqli üzrə həyata keçirilmiş layihələrin nəticələri haqqında tələbələri ətraflı məlumatlandırıb. Şəfəq-Asiman yataqlarının işlənməsi üzrə perspektivləri açıqlayıb. TAP və TANAP layihələri çərçivəsində həyata keçirilən tədbirlərin Azərbaycan qazının Avropa bazarına çıxarılmasında rolundan danışıb.
 
Məruzənin sonunda Elxan Məmmədov sualları cavablandırıb.
 





23.01.2017    çap et  çap et