525.Az

Cabbarovdan Nazirlər Kabinetinin qərarının icrası barədə əmr


 

Cabbarovdan Nazirlər Kabinetinin qərarının icrası barədə əmr <b style="color:red"></b> Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2016-cı il 9 dekabr tarixli 497 nömrəli qərarının icrası barədə əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrə əsasən, Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 9 dekabr 2016-cı il tarixli 497 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.
 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müdirlərinə, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələri direktorlarına tapşırılıb ki, “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”ndakı dəyişiklik barədə pedaqoji kollektivlərə müvafiq izahatlar verilməsini təmin etsinlər.
 
Əmrdə qeyd olunub ki, Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsilin inkişafı proqramları şöbəsi, Daxili nəzarət şöbəsi yerlərdə ümumi icbari təhsilin yerinə yetirilməsinə nəzarəti gücləndirsinlər və bununla bağlı rəhbərliyə təkliflərini bildirsinlər.
 





23.01.2017    çap et  çap et