525.Az

Macarıstan səfirliyində bayraq endirildi


 

Macarıstan səfirliyində bayraq endirildi<b style="color:red"></b>

Ötən həftə sonunda İtaliyada baş verən avtobus qəzası nəticəsində 16 macar məktəblinin ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.
 
APA-nın məlumatına görə, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski dedi. Diplomat səfirliyə başsağlığı məktublarının gəldiyini söyləyib. 

Hadisə ilə bağlı Macarıstanda yanvarın 23-ü milli matəm günü elan olunub.

Qeyd edək ki, yanvarın 20-də axşam Verona şəhərində baş verən qəza nəticəsində 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb. Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb. Macarıstanlı məktəblilər İtaliyaya səyahətlərini bitirib, ölkələrinə qayıdırmışlar.

 





23.01.2017    çap et  çap et