525.Az

Xalça Muzeyində “Bir eksponatın tarixi” - Üzərlik qabı


 

Xalça Muzeyində “Bir eksponatın tarixi” - Üzərlik qabı<b style="color:red"></b>

Yanvarın 21-də Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində muzeyin kolleksiyasında saxlanılan nadir eksponatlardan biri olan “Üzərlik qabı”nın tarixi haqqında qonaqlara ərtaflı məlumatlar verilib.

Bildirilib ki, qədim dövrlərdən üzərliklə bağlı inanclar insanların həyatında mühüm yer tutub.

İnsanlar tərəfindən qoruyucu kimi qəbul edilən bu bitkini saxlamaq üçün hətta xüsusi üzərlik qabları da hazırlanıb.

Belə nümunələrdən ikisi hazırda Xalça Muzeyinin kolleksiyasında saxlanılır.

XIX əsrin sonuna aid olan üzərlik qabı bafta, tirmə materillarından istifadə edilməklə güləbətin və qaragöz texnikası ilə hazırlanıb.

Üzərində bərabərtərəfli xaç ornamenti təsvir olunub. Xaç bərəkət və varlıq ideyası ilə bağlı olan qədim ayin nişanıdır. Bərabərtərəfli xaç qədim türklərdə Tenqriçilik inancının rəmzi olub. Türklər varlığı, mövcudluq modelini əsasən bərabərtərəfli xaç formasıyla ifadə edirdilər.

XX əsrin əvvəlinə aid olan digər üzərlik qabı məxmər, tesma, sərmə, bafta materillarından istifadə edilməklə qaragöz texnikası ilə sadə formada hazırlanıb.

Hər iki nümunə bədii, texniki xüsusiyyətlərinə və tarixi əhəmiyyətinə görə kolleksiyanın nadir nümunələrindən sayılırlar.

Qeyd edək ki, eksponat haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində çatdırılıb.

Cavid QƏDİR

 





23.01.2017    çap et  çap et