525.Az

Maynsda 20 yanvar faciəsinin qurbanları anıldı


 

Maynsda 20 yanvar faciəsinin qurbanları anıldı<b style="color:red"></b>

Yanvarın 20-də Almaniyanın Mayns şəhərinin baş meydanı “Gutenbergplatz”da Azərbaycan-Türk Cəmiyyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Sözügedən təşkilatın rəhbəri Sarvan Rizvanovun verdiyi məlumata görə, tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotosərgi nümayiş etdirilib, Sovet ordusunun dinc yerli əhalini vəhşicəsinə qırması haqqında məlumatların olduğu vərəqələr paylanıb.

Tədbirdə gənclərimiz xüsusi fəallıq nümayiş etdiriblər.

20 Yanvar faciəsindən danışan insanlar bildirib ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaqlar.

Eyni zamanda bu hadisənin Azərbaycanın azadlıq mübarizəsində bir qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb.

Qərara alınıb ki, dinc əhaliyə qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərin tezliklə beynəlxalq hüquqi qiymətini alması üçün beynəlxalq qürumlara yeni müraciətlər göndərilsin.

CEYHUN

 





23.01.2017    çap et  çap et