525.Az

Televiziyalarda bədii şuraların yaradılması ilin sonunadək yekunlaşacaq


 

Televiziyalarda bədii şuraların yaradılması ilin sonunadək yekunlaşacaq<b style="color:red"></b> Yaxın bir ay ərzində Milli Televiziya və Radio Şurasının (MTRŞ) xüsusi iclasları keçiriləcək.

Bu barədə APA-ya MTRS sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, xüsusi iclaslar milli serialların çəkilməsi ilə əlaqədar ölkə prezidenti tərəfindən ayrılan vəsaitin bölünməsinə və dilçiliyin inkişafına dair Dövlət Proqramında MTRŞ-nın üzərinə düşən vəzifələrə həsr olunacaq.
 
Şura sədri deyib ki, Dövlət Proqramında telekanallarda bədii şuraların yaradılması nəzərdə tutulur. Bu proses 2013-cü il ərzində başa çatdırılacaq: “Seriallar üçün ayrılan vəsaitin necə bölünməsi üzərində də ciddi düşünüləcək. Telekanallar serial çəkilişləri üçün ayrılan ilk vəsaitdən hazırlıq mərhələsi kimi istifadə etdi. Bu mərhələdə isə serialların çəkilməsinə çox ciddi nəzarət ediləcək. Ümumiyyətlə, bu mərhələ Azərbaycanda serial çəkilişlərində keyfiyyət mərhələsi olacaq”.
 





15.04.2013    çap et  çap et