525.Az

Mustafa Dənizli: “Konkret söz deməyə çətinlik çəkirəm”


 

Mustafa Dənizli: “Konkret söz deməyə çətinlik çəkirəm”<b style="color:red"></b> “Bursaspor”un baş məşqçisi olacağımla bağlı yayılan xəbərlər doğru deyil”.

Bu sözləri apasport.az saytına açıqlamasında təcrübəli futbol mütəxəssisi Mustafa Dənizli deyib.
 
Türkiyə mətbuatında 67 yaşlı çalışdırıcının “Bursaspor”un baş məşqçisi olacağı haqda məlumat yayılıb. Xəbərdə bildirilir ki, Azərbaycan yığmasının üzvü Dəniz Yılmazın da çıxış etdiyi “ağ-yaşıllar”ın rəhbərliyi istefaya göndərdikləri Hamza Hamzaoğlunu məhz Dənizli ilə əvəzləmək fikrindədi.
 
“Xəzər Lənkəran”ın sabiq çalışdırıcısının bu təklifə cavab vermək üçün vaxt istədiyi bildirilsə də, Dənizli əməkdaşımızla söhbətində bunu təkzib edib. Hazırda “Gənclərbirliyi”nin prezidenti İlhan Cavcavın hüzründə olduğunu deyən mütəxəssis qısa danışıb: “Bursaspor”dan təklif almamışam. Bu klubun rəsmilərindən heç kimlə danışığım olmayıb. Hazırda İlham Cavcavın dəfn mərasimində olduğum üçün bu barədə düşünmürəm. Təklif gəlmədiyindən, konkret söz deməyə çətinlik çəkirəm. Yenə deyirəm, “Bursaspor” rəhbərliyi mənimlə əlaqə saxlamayıb”.
 
Məşqçilik fəaliyyətinə 1987-ci ildə başlayan Mustafa Dənizli karyerası ərzində həm “Qalatasaray”, həm “Beşiktaş”, həm də “Fənərbaxça”nı çalışdırıb. 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın “sükanı arxası”nda olmuş çalışdırıcı İranda da işləməyə imkan tapıb.
 





23.01.2017    çap et  çap et