525.Az

ASK-nın baş katibi dəyişdi


 

ASK-nın baş katibi dəyişdi<b style="color:red"></b> Orxan Bayramov Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) baş katib vəzifəsinə təyin olunub.

Bu barədə "APA-Economics"ə ASK-dan məlumat verilib.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsini (bakalavr) 2008-ci ildə bitirən O. Bayramov hazırda "Maastricht School of Management"də EMBA proqramı üzrə təhsilini davam etdirir.
 
O. Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində  başlamışdır. 2013-cü ildən 2017-ci ilədək isə Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sədr vəzifəsində çalışıb. İngilis, türk, rus dillərini bilir.
 
Qeyd edək ki, ASK 5 mart 1999-cu ildən təsis edilib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən qeyri-hökumət təşkilatıdır. Hal-hazırda 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü assosiasiyalar, holdinqlər, birliklər, ittifaqlar, iri şirkətlər, banklar, sığorta təşkilatları və qruplar ASK-nın üzvüdür.
 





23.01.2017    çap et  çap et