525.Az

UNEC-də Açıq qapı günü olacaq


 

UNEC-də Açıq qapı günü olacaq<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında “Açıq qapı” günü keçiriləcək.

UNEC-dən AzərTAc-a bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradov qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri ilə birlikdə tələbə və valideynlərin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyəcək.

Qeyd edək ki, 2016/2017-ci tədris ilinin qış imtahan sessiyası ərzində uni8versitetdə hər həftənin şənbə günü “Açıq qapı” təşkil olunur.

 





23.01.2017    çap et  çap et