525.Az

İstanbul Film Festivalı başa çatıb


 

İstanbul Film Festivalı başa çatıb<b style="color:red"></b>

32-ci İstanbul Film Festivalı Camal Rəşid Rey konsert salonunda keçirilən mükafatlandırma mərasimiylə sona çatıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata əsasən, festivalda beynəlxalq kateqoriyada Lenni Aabrahamsonun ''What Richard Did'', milli kateqoriyada isə Onur Ünlünün ''Sən işıqlandırarsan gecəni" adlı filmləri "Qızıl lalı" mükafatına layiq görülüb.

İstanbul Mədəniyyət və Sənət Vəqfi tərəfindən bu il 32-cisi keçirilən festivalda münsiflər heyətinin xüsusi mükafatı Bruno Dumontun çəkdiyi "Camille Claudel" adlı filmə verilib.

"Ən yaxşı rejissor" mükafatını "Həyat boyu" filmini çəkən Əsli Özgə, "ən yaxşı aktrisa" mükafatını "Üzr istəyirəm" filmindəki roluna görə Səma Poyraz, "ən yaxşı aktyor" adını isə "Yozqat Blues" filmindəki roluyla Ərcan Kesal alıb.

 





15.04.2013    çap et  çap et