525.Az

Bakıda “Hz.Peyğəmbər və insan dəyəri” adlı tədbir keçirilib (Fotolar)


 

Bakıda “Hz.Peyğəmbər və insan dəyəri” adlı tədbir keçirilib<b style="color:red"> (Fotolar)</b> “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Bakıda “Hz.Peyğəmbər və insan dəyəri” adlı böyük tədbir keçirilib.

Bu barədə Birlikdən 525.az-a məlumat verilib. Tədbirdə “Yeni Üfüq”ün sədri Sevinc Əzimbəyli “Hz.Peyğəmbər və insan dəyəri” mövzusunda geniş çıxış edib. O, islam Peyğəmbərini bütün insanlığa İlahidən sonsuz rəhmət olaraq göndərildiyini bildirərək, onun örnək həyatının bütün müsəlmanlara nümunə olmasını söyləyib. Birliyin sədri həmçinin ölkəmizdə milli-mənəvi dəyərlərin mühafizə və təbliğ olunması yolunda Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasəti bütün ölkə müsəlmanlarının təqdir etməsinin vacibliyini bildirib.
 
Tədbirdə “Yeni Üfüq” İctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova isə Peyğəmbər mənəviyyatından danışaraq, ölkə gənclərini həqiqi islam düşüncəsindən bəhrələnərək, əxlaqlı gəncliyə sahib durmaqla vətənimizə və dövlətimizə xidmətdə sadiqliyə çağırıb.
 
Tədbirin sonunda “Yeni Üfüq” İctimai Birliyi adından xanımlara qızılgüllər hədiyyə edilib.

 



 





15.04.2013    çap et  çap et