525.Az

Bilik Fondunda “Yarımçıq xatirələr” filminin yaradıcıları ilə görüş - Fotolar


 

Bilik Fondunda “Yarımçıq xatirələr” filminin yaradıcıları ilə görüş - <b style="color:red">Fotolar</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Fondda “Azərbaycanfilm”in istehsal etdiyi “Yarımçıq xatirələr” bədii filminin yaradıcı heyəti ilə görüş keçirilib.

Fonddan 525.az-a verilən məlumata görə, tədbirdə fondun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, filmin rejissoru Elxan Cəfərov və baş rolların ifaçıları, Bilik Fondunun, Asan xidmətin könüllüləri, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin üzvləri, Azərbaycan Dövlət Pedaqoji Kollecin, Azərbaycan Texniki Universitetinin tələbələri iştirak ediblər.

Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə ərsəyə gələn filmin çəkilişləri Azərbaycanda, Belarusda – Brestdə, Minskdə və Vileyka qəsəbəsində aparılıb.

Film 1941-ci ildə Brest qalası uğrunda döyüşmüş və 50 ildən sonra doğma Dağlıq Qarabağın erməni işğalçılarından müdafiəsinə qalxmış bir döyüşçünün taleyindən bəhs edir.

Ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operator Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssam Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşviq Hətəmovdur.

Filmdə Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Saava, Gülnaz Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.

Nümayişindən sonra filmin müzakirəsi keçirilib. Gənclər onları maraqlandıran sualları filmin yaradıcılarına ünvanlayıblar.

 





24.01.2017    çap et  çap et