525.Az

Hüsnü Mübarək azadlığa çıxacaq?


 

Hüsnü Mübarək azadlığa çıxacaq?<b style="color:red"></b>

Qahirə məhkəməsi Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin 2011-ci il inqilabı zamanı nümayişçilərin öldürülməsi ilə bağlı ittiham olunduğu cinayət işi üzrə azadlığa buraxılmasına dair qərar qəbul edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hakim bildirib ki, H. Mübarəkə qarşı başqa cinayət işləri üzrə ittihamlar yoxdursa, o, azad olunmalıdır. Sabiq prezidentin ilkin həbs müddəti çoxdan bitib, barəsində verilmiş ömürlük həbs qərarı isə apellyasiya məhkəməsi tərəfindən ləğv edilib. Ötən ilin sonunda hakimlər vəkillərin vəsatətini qəbul edərək nümayişçilərin ölümü ilə əlaqədar cinayət işinə yenidən baxılması barədə qərar veriblər.  
 
Bununla yanaşı, aprelin əvvəlində Mübarəkə qarşı korrupsiya ittihamı ilə yeni cinayət işi qaldırılıb. Aprelin 7-də prokuror dövlət vəsaitlərinin mənimsənilməsi faktı üzrə onun 15 gün müddətinə həbsinə sanksiya verib. Söhbət xəzinədən təxminən 160 milyon dolların oğurlanmasından gedir.
 
Hakim hazırda paytaxtdakı hospitalların birində saxlanılan H. Mübarəkin azadlığa çıxıb-çıxmayacağı haqda yaxın saatlarda qərar verəcək.

 





15.04.2013    çap et  çap et