525.Az

Kiyevdə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş toplantı keçirilib (Fotolar)


 

Kiyevdə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş toplantı keçirilib <b style="color:red">(Fotolar)</b>

Kiyev şəhərindəki Azərbaycanlı  Gənclər Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

525.az-a daxil olan məlumata görə, tədbiri Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq , müstəqil Azərbaycan dövlətinin  qurulmasında və inkişaf etdirilməsində Ümummili lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb .

O, Ulu Öndərin dövlət quruculuğu strategiyasında gənclərin inkişafına xüsusi diqqət ayirmasından bəhs edərək, bu nəcib siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıb. Tədbir iştirakçılarına Ulu Öndərin zəngin və dəyərli ömür yolu haqqında ətraflı məlumat verən  Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycanın beynəlxalq arenada  nüfuz  sahibinə çevrilməsində Dahi Heydər Əliyevin şəxsiyyətinin müstəsna rolundan bəhs edib .Gənclərə Ulu Öndər Heydər Əliyevlə bağlı xoş və səmimi xatirələrini  danişan Milli Məclisin Aqrar Siyasət  Komitəsinin sədri Eldar İbrahimov 1990-93-cü illərdə azərbaycan xalqının üzləşdiyi  ağır və məşəqqətli anlardan söz açaraq Həmin illərdə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin dəmir iradəsi və uzaqgörən siyasət nəticəsində azərbaycanın parçalanmaq təhlükəsindən xilas olduğunu vurğulaıb.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gənclərin  dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almalarına xüsusi diqqət  ayirdığını diqqətə çatdıran Azərbaycan dili və Mədəniyyəti mərkəzinin rəhbəri  Rafiq Zeynalov  Ukraynada  dahi Heydər Əliyev ideologiyasına  sədaqətlə xidmət edərək vətənimizi layiqincə təmsil edən  azərbaycanlı gənclərə gələcək işlərində uğurlar  arzulaıb.Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Cavid Hüseynzadə , gənc fəallardan Elməddin Zərbəlizadə,  Ramin Hüseynov, Əzizə Tərlanova və digərləri   çıxış edərək  dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının xüsusəndə gənclərin  Heydər Əliyevin dövlətçilik ideologoyasına xidmət etmələrinin vacibliyini vurğulayaraq Azərbaycan xalqının  qurucusu və baş memarinin parlaq xatirəsinin  heç zaman unudulmayacağını bildiriblər.



 






 





15.04.2013    çap et  çap et