525.Az

Azərbaycan diasporu Şimali Qafqazda toplandı


 

Azərbaycan diasporu Şimali Qafqazda toplandı<b style="color:red"></b> Aprelin 10-da Rusiyadakı Azərbaycan diaspor fəallarının Pyatigorskidə böyük toplantısı kecirilib. Toplantıda Şimali Qarfaqzda fəaliyyət göstərən bütün diaspor təşkilatları, azərbaycanlı fəallar qatılıb.
İştirakçılar arasında Ümumrusiya Milli-Mədəni Muxtariyyətinin (”AzerRos”) rəsmilərindən Tahir Hacıyev, Qalib Agayev, Avropadan “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri Elman Mustafazadə, Türkiyədən tanınmış rəssam Əhmed Rza, Simali Qafqazda tanınmış diaspora nümayəndələri, “Araz” təşkilatının rəsmləri, Qurban Əsədov, Təhmasib Zeynalov, Qaracay-çərkəz respublikasında yaşayan diaspora fəalı İlham Əhmdov və digəriləri iştirak edib. Toplantıda Simali Qafqazda Azərbaycan diasporunun fəaliyyətinin müxtəlif sahələri müzakirə edilib, mövcud problemlərin aradan qaldırılması yolları aranıb və əməkdaşlıq barədə razılığa gəlinib, digər yerlərdə fəaliyyət göstərən Azərbaycan diasporları ilə saziş imzalanıb.

Toplantıda o da qeyd olunub ki, Simali Qafqazdakı Azərbaycan diasporu böyük cətinliklərdən keçərək güclü bir icmaya çevrilib.

Qərara alınıb ki, Simali Qafqazda Azərbaycan diasporunun güclənməsinə hər bir təşkilat dəstək versin. Nəzərə alınıb ki, Simali Qafqaz bir cox milli azlıqların güclü lobbbilərinin fəaliyyətdə olduğu bir bölgədi və Azərbaycan diasporu Şimali Qafqazda hər zaman diqqət mərkəzində olmalıdı.

Müzakirələr zamanı qeyd edilib ki, Şimali Qafqazda Azərbaycan diasporunun ən ciddi problemlərindən biri də bu bölgədə Azərbaycan konsulluğunun olmamasıdı. Bu bölgədə yaşayan azərbaycanlılar çıxışlarında konsulluq məsələləri ilə əlaqədar Moskvaya getməli olduqlarını və bəzən bir sənədə görə həftələrlə orada qalmağa məcbur olduqlarını deyiblər.

Qeyd edək ki, Azərbaycan diasporunun Şimali Qafqazdakı toplantısı ilə bağlı daha ətraflı məlumatlar var və onları yaxın günlərdə təqdim edəcəyik.

Gunxeber.com

 

 





15.04.2013    çap et  çap et