525.Az

“Apple” Hindistanda “iPhone” istehsal edəcək


 

“Apple” Hindistanda “iPhone” istehsal edəcək<b style="color:red"></b>

“Apple” nümayəndələri Hindistan hökuməti ilə Benqalor şəhərində “iPhone” istehsalına başlanması ilə bağlı danışıqlar aparıb.

AzərTAc xəbər verir ki, “CNNMoney” nəşrinin yaydığı məlumata görə, bu addım ABŞ Prezidenti Donald Trampın istehsalın ABŞ-a köçürülməsi ilə bağlı etdiyi çağırışlarının fonunda atılıb.

Hindistanın ticarət naziri görüşün baş tutduğunu təsdiqləyib. Ancaq o, danışıqların detallarını açıqlamaq istəməyib.

“Apple” nümayəndələri bildiriblər ki, Hindistan hökuməti ilə konstruktiv dialoqu yüksək qiymətləndirirlər.

Şirkətin Hindistanda “iPhone” istehsal etmək üçün zavod inşa etmək planları barədə bir qədər əvvəl “The Times of India” nəşri yazıb. Təxmin edilirdi ki, bu zavod “Wistron” şirkəti ilə birgə inşa ediləcək.

 





26.01.2017    çap et  çap et