525.Az

Gənc rəssam Nərmin Sadıqovanın fərdi sərgisi açılacaq - Fotolar


 

Gənc rəssam Nərmin Sadıqovanın fərdi sərgisi açılacaq - <b style="color:red">Fotolar</b>

İstedadlı gənc rəssam Nərmin Sadıqovanın “Momentaus” adlı fərdi sərgisi təşkil ediləcək.

Sərginin açılışı fevralın 3-də saat 19-da “Gallery 1969” salonunda keçiriləcək. Sərgidə 50-ə yaxın rəsm nümayiş olunacaq.

Nərmin Nizami qızı Sadıqova 1985-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini bitirib. Rəssamlıqla çoxdan məşğuldur. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinin 4-cü kurs tələbəsidir. Onun əsərləri İtaliyada, Latviyada və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib. 2012-ci ildə “Four Season” otelində “Bir körpənin həyatına rəng qataq” adlı ilk fərdi xeyriyyə sərgisi baş tutub. Elə həmin ildə “Bakının işıqları” adlı sərgidə iştirak edərək, qaliblərdən biri olub.

2014-cü ildə “Gallery 1969” sərgi salonunda “Səs” adlı ikinci fərdi sərgisi keçirilib. Nərmin Sadıqova həmçinin “Bakı Avropa oyunları”, “Xəmsə” Dekorativ Tətbiqi Sənət Festivalı, “Start” və başqa sərgilərin iştirakçısı olub.

 





27.01.2017    çap et  çap et