525.Az

İlk dəfə metal hidrogen yaradıldı


 

İlk dəfə metal hidrogen yaradıldı <b style="color:red"></b>

ABŞ-ın Harvard Universitetinin alimləri Ayzek Silver və Ranqa Dias apardıqları tədqiqatlar nəticəsində metal hidrogen maddəsini əldə ediblər.

AzərTAc “Seqodnya.ua” saytına istinadla xəbər verir ki, tədqiqatçılar bu nəticəyə Yer kürəsinin mərkəzindəki təzyiqdən daha ekstremal yüksək təzyiq və aşağı temperaturlu şəraitin yaradılması yolu ilə nail olublar. Belə ki, onlar hidrogeni iki almaz arasında sıxmaqla kiçik metal parçasını əldə ediblər.

Alimlər bildiriblər ki, bu yeni material gələcəkdə elektrik cərəyan ötürücüsü kimi tətbiq edilə bilər.

Nəzərə alsaq ki, hazırda enerjinin 15 faizə qədəri dissipasiya nəticəsində itir, metal hidrogen bu itkilərin qarşısının alınmasında səmərəli rol oynayacaq.

Raket yanacağı kimi də istifadə oluna biləcək bu yeni material Yerin orbitinə böyük çəkili yüklərin çıxarılmasına imkan verəcək.

 





27.01.2017    çap et  çap et