525.Az

Mehmet Nuri Parmaksız BDU-nun qonağı oldu - Fotolar


 

Mehmet Nuri Parmaksız BDU-nun qonağı oldu - <b style="color:red">Fotolar</b>

Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri İctimai Birliyinin sədri (İLESAM), yazıçı-şair Mehmet Nuri Parmaksız və İLESAM Azərbaycan təmsilçiliyinin rəhbəri Xəyal Rza Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin qonağı olublar.

Universitetdən 525.az-a verilən məlumata görə, tədbiri Filologiya fakültəsinin dekanı Elçin Məmmədov açaraq Azərbaycan-Türkiyə dostluğu və ədəbi əlaqələrindən danışıb, İLESAM-ın bu sahədə gördüyü işlərdən bəhs edib.

Sonra dissertant Gülnar Axundova M.N.Parmaksızın həyat və yaradıcılığı barəsində məlumat verib.

Şairin həyat və fəaliyyətindən bəhs edən qısa videorolik göstərildikdən sonra söz qonağa verilib.

O, iki qardaş ölkə arasında mədəni, ədəbi əlaqələrin gücləndirilməsinin, elm, sənət adamlarının irsinin qarşılıqlı şəkildə təbliğ edilməsinin vacibliyini vurğulayaraq İLESAM-ın fəaliyyəti barədə məlumat verib.

Qonaq bildirib ki, gələcəkdə Bakı Dövlət Universiteti ilə də bir çox layihələrin həyata keçirilməsi planlaşdırılıb.

M.N.Parmaksız tədbirdə öz şeirlərindən oxuyub, müəllim və tələbələrin suallarını cavablandırıb.

Səmimi cavabları ilə tədbir iştirakçılarını həm güldürən, həm duyğulandıran şairin şeirləri Filologiya fakültəsinin “Sabah” qrupunun II kurs tələbələri Nərminə Xanəliyeva və Nigar Cəfərzadə tərəfindən səsləndirilib.

X.Rza da öz növbəsində qurumun Azərbaycanda gördüyü dəyərli işlərdən söz açıb.

Sonda fakültə adından Mehmet Nuri Parmaksıza hədiyyələr təqdim olunub.

 





28.01.2017    çap et  çap et