525.Az

Bu şənbə "525-ci qəzet"də - ANONS


 

Bu şənbə "525-ci qəzet"də - <b style="color:red">ANONS</b>

- "Ardı hələ çox-çox illər yaşanılsın" - Xalq yazıçısı Anardan "Səhər-səhər" rubrikası;

- "Macar türkologiyasının ikinci adamı" - Vilayət Quliyev "Türklərin Macarıstanda etibarlı dostu"ndan yazır;

- "Ədəbiyyatşünaslıqda faydalı örnək" - Akademik İsa Həbibbəyli Qəzənfər Paşayevin “Hüseyn Kürdoğlunun poetik dünyası” monoqrafiyasından yazır;

- "İnsan ömür yaşayır, yazısı qalır..." - Tehran Əlişanoğlunun Səyyad Aranın 65 yaşına yubiley yazısı;

- "Pakistanda 7 ildən sonra 7 gün" - Tarix İnstitutunun aparıcı elmi işçisi, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli yol qeydlərini edərkən geriyə boylanır;

- "Vahdət-ul-vucud"dan süzülən misralar" - Fazil Güney Sona Vəliyevanın poeziyasına müraciət edir;

- "Ədəbi mövzunun qara traktovkası" - "Mədəniyyət" kanalının əməkdaşı, Zərdabi mükafatı laureatı Hafiz İmamnəzərli yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesinin əsasında hazırlanmış “Vəsiyyət” qara komediyasından yazır;

- "Yaddaşımdakı Hüseyn Arif" - Həzi Həsənli mərhum Xalq şairindən danışır;

- "Paris - könülü və xəyalı fəth edən şəhər" - Tanınmış siyasi xadim və yazıçı Telman Orucov yeni silsilə yazısı ilə oxucuların görüşünə gəlir;

- "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" - Bakı Dövlət Universitetinin pedaqoqu və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun araşdırması;

- "Bu gün Cocuq Mərcanlı, sabah Şuşa..." - Şərh;

- Şair Vaqif Bəhmənlinin gənc ədiblərlə görüşü;

- ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;

- və s.

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN.

 





28.01.2017    çap et  çap et