525.Az

Şeirin peşində bir ömür: Məmməd İsmayıl


 

Şeirin peşində bir ömür: Məmməd İsmayıl

AnkaranınBəngünəşriyyatı görkəmli şairimiz Məmməd İsmayılın seçilmiş əsərlərindən ibarət 408 səhifəlikUnutduğun yerdəyimadlı şeir kitabını çap edib. Şeirləri Anadolu türkcəsinə tanınmış yazar İmdat Afşar uyğunlaşdırıb. M.İsmayılın qələm dostu, dəyərli ədəbiyyat adamı Ali Akbaş kitaba geniş bir önsöz yazıb. Həmin önsözü oxuculara təqdim edirik

Ali AKBAŞ

Şair, Avrasiya Yazarlar Birliyinin katibi, “Qardaş qələmlər

dərgisinin baş redaktoru

Şeirin zirvəsində bir şairin kitabına ön söz yazmaq böyük mutluluq; bir o şair sizin ən yaxın dostunuz, qardaşınız, misralar paylaşdığınız biriysə...

Məmməd İsmayılın şeir dünyasına dalmaq, misralarının arxa planındakı dərinliyi düşüncəni qavraya bilmək üçün, onun mücadilələrlə dolu həyatına qısaca göz atmaq gərəkdir. Məmməd İsmayıl, hələ dünyadan, dünyanın dərdlərindən, kədərlərindən xəbərsiz bir körpə ikən atasından ayrılmış; atası cəbhəyə gedərkən hələ bir yaşında olduğu üçün, yazıq ki, zehnində ölümə gedən bir atanın surəti belə qalmamışdır; ancaq Məmməd İsmayılAta şəkliadlı şeirində bu ayrılığı ən incə rənglərlə rəsm edir sanki bir rəssam duyarlılığı diqqəti ilə tablolaşdırır:

...Bu soyuq sətirlər bir şey deyirmi?

Səsi sonra çıxdı yağan qarın da...

Bir ana düşünün, yaşı iyirmi,

Bir oğul, çox olsa, yaşyarımında.

...Havada donurmuş sözə ehtiyac,

Ata kəlmələri qırıq-qırıqdı:

Gözümün işığı, gözlərini

Bəlkə bu ayrılıq son ayrılıqdı.

Bu həzin ayrılıqla alnına yetimlik möhrü vurulan Məmməd İsmayıl, eyni zamanda, daha çiçəyi burnunda bir gəlin ikən, hələ əlinin xınası belə getməmiş, ərini İkinci Dünya müharibəsinin qan barıt qoxuyan cəbhələrinə göndərən bu savaşda həyat yoldaşını itirən şahbaz bir ananın; Gülzar nənənin oğludur... O igid qadının oğlu olduğundan, ayağını yerə daha sağlam basabilmiş, bir yetim olaraq böyüsə , həyata sımsıkı tutunmayı başara bilmiştir... Çiləkeş bir Türk anası olan Gülzar nənə, bir ana qurt kimi, adəta onun qundağını dişlərinə taxaraq təhlükələrdən uzaqlaşdırmış, kəm gözlərdən iraq dalğalarda böyütmüşdür...

Məmməd İsmayıl, bu qəribliyi, arxasızlığı, çarəsizliyi yalnızlığı, Anası Gülzar nənənin xatirəsinə ithaf etdiyiMüqəddəs kədəradlı şeriylə ölümsüzləşdirir:

Biz dört nəfər idik.

Təpəl qoyun idi,

Gəzəl alma idi,

Anamdı, məndim...

Gələcək həyatın xatirəsinə

Bizi atmışdılar yerkürəsinə.

Anam gözəlliyin gəlinliyiydi,

Alma meşələrin pöhrəliyiydi

Mən isə bəşərin körpəliyiydim.

Vaxtınız olanda sıxın bir məni,

Bir görün nəyəmə!

Ana çörəyiyəm,

Alma şirəsiyim, qoyun südüyəm...

Məmməd İsmayıl ilə eyni taleni paylaşan Qırgızıstanın dev yazarı Çingiz Aytmatov Mar Bayciyev Gülzar nənə kimi çiləkeş Türk anaların insanlığa bir armağanıdır. Bu analar ki, ərləri, Stalin tərəfindən səbəbsiz yerə ölümə göndərildiyi üçün, yavrularını dünya çapında yazarlar şairlər olaraq böyüdərək, Türk Dünyasını saranQızıl bəladanöç almışlar. Türk tarixində belə analar heç az deyildir... Anadoluda da səfərbərlikdən sonra dul qalan nənələrimiz, saçlarını süpürgə edərək yetimlərini böyütmüş bir oyanışa, dirilişə səbəb olmuşlar. Bu özəllik Türk analarına öncəki nəsillərdən qalan genetik bir mirasdır əslində. Məmməd İsmayıl kimi zirvə bir şairi yetiştirən Gülzar nənə o qadınlardan sadəcə biridir...O qadınlar ki, sadəcə yetimlərini deyil, iffət namuslarını da qoruyaraq başarmışlar bu işi... Dul qalan gəlinlər, yetim çocuklarını, iffətləriylə qadınlıq duyguları arasına sipər etmişlər. Məmməd İsmayıl bu əsil mücadiləni;

“...Ağlımız təzəcə kəsirdi onda

Bir həsrət gəzərdi dərəni, düzü

Bir ad dolaşırdı söz arasında

Ümidən asılan kılınç kimiydik

Analar kınından sıyırıb bizi

Qoymuştu nəfsiylə öz arasında...”

misralarıyla anladır.

 Onun, anasının himayəsində keçirdiyi çocuqluq ilk gənçlik illəri, əslində bir neçə romanı bəsləyəcək qədər dramatik olaylarla doludur. Buna baxmayaraq O, eyni yetim taleyi paylaştdığı Çingiz Aytmatov kimi ağlın səsinə qulaq verən nəsrə deyil, duyğulara səslənənarı sözə yönəlmiştir ki, bu üzdən Məmməd İsmayılın şeirləri, ana sevgisi ata özləmi ilə yoğrulmuştur... Fəqət Məmməd İsmayılın şeirlərindəki ana sevgisi vətənlə; ata həsrəti isə Türklük şuuru ilə eyniləşir.

...Deyərsiz, bilmədik ömür sürəli

Vaxtın söz sovunda, çat ha çatında

Atadan, anadan, yardan irəli

Varmış sevgilisi vətən adında...

...Hələ istək, arzu şaxtır

Ömrün keçən yatırında

Könlüm bir yetim uşaqdır

Qədim bir Türk çadırında...

Məmməd İsmayılın dünyaya gəldiyi Tovuz bölgəsi zəngin folklorik həyatın yaşandığı, usta saz şairlərinin yetiştiyi qədim bir Oğuz yurdudur. O hələ uşaqlıq illərində, Qoca Qartal namıyla anılan yaxın qohumu olan Mikayıl Azaflının, saz nəğmələri altında söylədiyi bənzərsiz şeirlər çevrəsində söylənən dastan nağıllarla böyüyür. Ondaki bu folklorik birikim, Bakıda qazandığı zəngin ədəbi miras Moskvada Qorki adına İkiillik Ali ədəbiyyat kurslarında aldığı sənət təhsili ilə birləşərək ənənə modernin qovuşmasıyla əvəzsiz bir lirizmə dönüşür...

...Qərib gəcələrin yuxusu sərvaxt,

Qurbət gündüzlərə zülüm dolanır.

Anam dolanardı başıma bir vaxt,

İndi ətrafıma ölüm dolanır...

Məmməd İsmayıl Azərbaycan ədəbiyat tarixində önəmli yer tutan, bir ədəbiyat sanat dərgisi olan iki dildə yayın yapanGənçlikjurnalının da qurucusu olmuş, baş redaktorluğunu yapmışdır. Fikir çiləsiylə yoğrulan bir sənətkarın taleyi, əlbəttə ölkəsinin taleyindən ayrılmazdır. Bu üzdən onun taleyi Azərbaycanın çalxantılı dövrləri kimi enişlər yoxuşlarla doludur. Məmməd İsmayılGənçlikjurnalında təmsil etdiyi milli oyanışın, 1990- ildə başlayan azadlıq dirənişinə dönüşməsinə öncülük edən şairlərdən biridir. Aşağıdaki mısralar azadlıq inancının təzahürü deyilmi:

...Güneylə, quzeyin Türk vadisində

Uzun bir cümlədir vətən torpağı!

Batıdan doğuya yolu upuzun,

Ortada vergüldür Xəzər dənizi

İtildir, Fıratdır qol budaqları

Önündə mübtəda Ege suları

Sonunda nidadır Tanrı dağları...

Oxunsa uçuqlar dili sonsuzun.

Heç kimsə oxuyub başa çıxamaz,

Uzun bir cümlədir vətən toprağı

Uzundur, dünyanın ömründən uzun...

...Məmməd İsmayıl kimi milli şuurla süslənmiş neçə şairin sözləriylə alovlanan gur bir atəşə dönüşən azadlığın önü, Azərbaycanın bağımsızlık illərinin həmən başlarında Qarabağ savaşı ilə kəsilməyə çalışılmıştır ki, Qarabağ hadisələri Məmməd İsmayılın şeirlərində misra- misra kanayar... Bəlkə kadər Məmməd İsmayıl kimi şairləri Qarabağın, Xocalının, Laçının, Kərkükün bəlki bütün insanlığın dərdinə yansınlar millətin duygularına tərcüman olsunlar diyə təhrik etməktədir. O, bu duygularını belə dilə gətirir:

...Laçınım, Laçınım kəsilən əlim,

Düşman pənçəsində yetim gözəlim.

Yolmu var, yanına ha yandan gəlimə!

Laçınım, Laçınım, yaralı quşum,

Kimin var, halını kimdən soruşumə!

lll

...Şairləri susmayan

Bir vətən basılmayıb,

Qəlbimdə can yerinə

Buna ümid bəslədim.

Yolunda şəhit olmaq

Baxtıma yazılmayıb,

Bayrağına sarılıp

Dəfnedilmək həsrətim...

Məmməd İsmayıl, bəzən doğduğu kənddəki əsrik çayı gibi dəlicə axar, bəzən dənizə qovuşan sular kimi durularaq Yunus iqlimindən səslənir. Onun şeirlərində epik, dəstani əda ilə romantik tövür -içə keçər. Təbiətlə ilgili pastoral şeirləri isə heyranlıq oyandıracaq qədər rəngli təbiəti birəbir təmsil edən bir foto qədər canlıdır... Aşağıda dörtlükləri sizlərlə paylaşmaq üçün seçtim:

 

...Tutub ətəyindənAllah kerimin

Payız meşəsində qış həyəcanı.

Orda öldürülən ümidlərimin

Hər axşam sulara tökülür qanı.

lll

...Gəldiyin kimi getmək gözəldir

Bədəndən sıyrılıb ruh olmaq gözəl.

Dənizə qarışıb itmək gözəldir,

Tanrıya qovuşub yox olmaq gözəl.

lll

...Neçə məhabbətə anadır gecə,

Gecə sirr yığını, soraq yığını.

Sevənlər könlünü açar gizlicə

Kim görüb qönçənin açıldığını!

lll

...Hardasa, bir bayquş ölər acından

Qalar qaranlığın alt qatlarında.

Bir quş havalanar qoz ağacından

Oyadar gecəni, qanatlarında.

lll

...Qarışıp bir-birinə

Can səsi, cahan səsi.

Sayısız səs içində

Tənha bir insan səsi.

Mənəm yərdən göyəcən

Yayılan əzan səsi,

Mənəm dua oxuyan.

lll

Hər qönçə gələcək eşq ilahəsi,

Hər ovuc torpaq da ağaç yeridi.

Sənin fikirlərin maqnit sahəsi

İlahi vəhlərin saxlac yeridi.

lll

Soruşma olar sonun əvvəli

Daşda su,dildə söz,odunda ocaq.

Sənin şeirlərinhamilə gəlin,

Gedib oxuyana fikir doğacaq.

Məmməd İsmayıldaki bu lirizmi, bu coşğuyu yaxalayacaq neçə şair vardır? Bilmirəm. Mən, seçmə zövqünüzə müdaxilə etmək istəmirəm. Amacım, sizləri şairlə tanışdırmaq, onun şeir dünyasına ait ipuçları verməkdi, bu başarabilmişsəm mutlu... Görəlim bu böyük şair, Unuttuğumuz Yerdəmi Məmməd İsmayılın bu kitabda yer alan şeirlərini Türkiyə Türkçəsinə uygunlaştıran İmdat Avşara bu kitabı şeir sevərlərlə buluşturan Avrasya Yazarlar Birliği Başkanı Yakup Öməroğluna sonsuz təşəkkürlərimlə...

 

 





28.09.2012    çap et  çap et