525.Az

“Volvo” 8200 avtomobilini geri çağırır


 

“Volvo” 8200 avtomobilini geri çağırır<b style="color:red"></b>

İsveçin avtomobil istehsalçısı “Volvo” korporasiyası təhlükəsizlik balışlarında potensial nasazlığın aşkar edilməsi ilə əlaqədar bütün dünyada satdığı 8200 avtomobilini geri çağırır.

Bu barədə məlumatı İsveç KİV-ləri yayıblar.

Geri çağırılma, xüsusən xarici ölkələrdə satılmış 7800 avtomobilə və İsveçin özündə satılmış 1200 avtomobilə, o cümlədən, yeni seriyadan olan “V90” markalı maşınlara aid ediləcək.

Detalın əvəzlənməsi barədə qərar “Volvo” korporasiyasının özünü idarə edən maşınlar layihəsi üzrə təchizatçısı və tərəfdaşı “Autoliv” şirkəti təhlükəsizlik balışlarında bir detalın nasazlığını üzə çıxardıqdan və bu barədə avtomobil istehsalçısını məlumatlandırdıqdan sonra qəbul edilib.

Avtonəhəngin nümayəndəsi jurnalistlərə müsahibəsində deyib: “Detalın zay olması ilə bağlı problem müəyyən vaxt keçəndən sonra özünü büruzə verəcəkdi. Bu da təhlükəsizlik balışının işə düşməsi zamanı problem yarada bilərdi”.

Şirkətdən bildiriblər ki, bu müddət ərzində təhlükəsizlik balışları ilə bağlı heç bir insident, yaxud bədbəxt hadisə qeydə alınmayıb.

Qeyd edək ki, ötən payız “Volvo” avtomobillərində kondisionerin blokunun zay olması aşkar ediləndən sonra 127 min avtomobilini geri çağırmışdı. Mütəxəssislərin fikrincə, blokun su buraxması təhlükəsızlik balışlarında nasazlığa gətirib çıxara bilərdi.

AzərTAc

 





28.01.2017    çap et  çap et