525.Az

ABŞ faciə ilə üz-üzə (Fotolar, Videolar)


 

ABŞ faciə ilə üz-üzə <b style="color:red">(Fotolar, Videolar)</b>

ABŞ-da dalbadal olan partlayışlar ölkəni sarsıdıb.
 
Dünyanın ən prestijli yarışlarından olan Beynəlxalq Boston Marafonu qan meydanına döndü.

525.az-ın beynəlxalq informasiya agentliklərinə istinadən verdiyi məlumata görə, yarışın başlamasından dörd saat sonra olan partlayışlar finiş xətti yaxınlığında iki nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Yerli kanallardan verilən xəbərə görə, ölənlərdən biri 8 yaşlı uşaqdır.
 
Ağ Ev təhlükəsizlik tədbirlərini gücləndirib. İngiltərə də baş verənlərə görə narahatdır, çünki bir neçə gün sonra marafonlar Londonda təşkil olunacaq.  Prezident Barak Obama çıxış edərək partlayışa görə məsuliyyət daşıyanların cəzalandırılacağına dair xalqa söz verib. Qeyd edək ki, hadisənin təfərrüatları məlum deyil.

FBİ ilkin məlumat olaraq hadisəni "terror" adlandırıb. Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 10-dan çoxdur.

Daha bir partlayış Con Kennedi adına kitabxanada olub. Polis baş vermiş partlayışların biri-biri ilə əlaqəsini araşdırsa da, kitabxana rəhbərliyi olayın yanğın olduğunu bildirib. Yanğın söndürülüb, araşdırma aparılır.



 








 





16.04.2013    çap et  çap et