525.Az

Azərbaycanda siqaret çəkən məktəblilərin sayı artır


 

Azərbaycanda siqaret çəkən məktəblilərin sayı artır<b style="color:red"></b> “Ölkəmizdə 13-14 yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı ildən-ilə artır”.
 
Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, bu nəticələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə məktəblərdə aparılan araşdırma nəticəsində məlum olub. Onun sözlərinə görə, 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasını qəbul edib. C. Məmmədov bildirib ki, Azərbaycanda bu istiqamətdə görülən işlər mövcud konvensiyaya uyğun həyata keçirilir.
 





16.04.2013    çap et  çap et