525.Az

Azərbaycanda ölüm hallarının səbəbləri açıqlandı


 

Azərbaycanda ölüm hallarının səbəbləri açıqlandı<b style="color:red"></b> Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) respublikamızda ölüm hallarının səbəblərini açıqlayıb.

Lent.az-ın məlumatına görə, ÜST-nin qeyri-infeksion xəstəliklər üzrə məsləhətçi Sevil Əsədova “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa çıxışı zamanı bildirib ki, ölkədə ölüm halları daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Onun sözlərinə görə, bu xəstəlikdən ölənlərin sayı 51% təşkil edir: “Bundan əlavə, ölkəmizdə yoluxucu, qida çatışmazlığı, analıq və perinatal xəstəliklərdən 17%, xərçəngdən 11%, digər xroniki xəstəliklərdən 10%, tənəffüs orqanlarının xroniki xəstəlikləri və zədələnmələrdən 4%, şəkərli diabetdən isə 3% insanlar dünyasını dəyişir. 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər ilə bağlı ölüm hallarının 15% artması proqnozlaşdırılır”.
 





16.04.2013    çap et  çap et