525.Az

Fransa təmsilçisi “Dünya gözəli” seçildi


 

Fransa təmsilçisi “Dünya gözəli” seçildi<b style="color:red"></b> Fransanı təmsil edən 24 yaşlı İren Mittenar Filippinin paytaxtı Manilada keçirilən dünya gözəllik müsabiqəsinin qalibi  olub.
 
APA-nın “tvrain.ru”ya istinadən verdiyi xəbərə görə, Lill şəhərindən olan İ. Mittenar ixtisasca stomatoloq-cərrahdır və ekstremal idman növlərin həvəskarıdır. “Dünya gözəli adını qazanmaq mənim arzum idi. Hər bir qız bu ada yiyələnmək istəyir. Mən insanlara kömək etmək, onları anlamaq istəyirəm. Bu, mənim arzum idi“, - deyə o, söyləyib.
 
İkinci yerə Haitidən olan 25 yaşlı Rakel Pelisye layiq görülüb. Kolumbiyalı Andrea Tovar 3-cü olub. 
 
Qeyd edək ki, Fransa bu titulu daha əvvəl bir dəfə əldə edib. Kristian Martel 1953-cü  ildə müsabiqənin qalibi seçilib.
 





30.01.2017    çap et  çap et