525.Az

Hava şəraitinin kənd təsərrüfatına təsiri ilə bağlı xəbərdarlıq edilib


 

Hava şəraitinin kənd təsərrüfatına təsiri ilə bağlı xəbərdarlıq edilib<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) aprelin 19-dək gözlənilən hava şəraitinin kənd təsərrüfatına təsiri ilə bağlı xəbərdarlıq edib.

ETSN-in mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, aqrometeoroloji proqnoza əsasən, aprelin 19-dək hava şəraitinin qeyri-sabit olacağı, leysan xarakterli yağışların yağacağı və temperatur rejiminin enəcəyi gözlənilir.
 
Bu da əksər kənd təsərrüfatı əkinlərində inkişafın sürətini nisbətən azalda, çiçəklənən meyvə ağaclarında isə güllərin tökülməsinə səbəb ola bilər. Belə hava şəraiti aran rayonlarda çiyidin, dağətəyi rayonlarda isə qarğıdalının əkinini qısa müddətə gecikdirəcək.
 
Lakin yağıntılar torpağın nəmlənməsini yaxşılaşdıracaq və otların boy atması üçün müsbət təsir göstərəcək.

 





16.04.2013    çap et  çap et