525.Az

"Nə qədər ki, torpaqlarımız işğal altındadır..."


 

"Nə qədər ki, torpaqlarımız işğal altındadır..."<b style="color:red"></b>

“Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Biz hesab edirdik ki, 2013-cü ildə bu layihəni icra edəcəyik. Ola bilər ki, gələn ilə qalsın. Ancaq bütövlükdə deyə bilərəm ki, layihənin icrasında heç bir problem yoxdur". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Layihə ilə bağlı əsas işlərin bu ilin sonuna qədər görüləcəyini qeyd edən Prezident İlham Əliyev bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirildiyini deyib. "Biz bu layihəyə həm siyasi dəstək vermişik, həm də maliyyə yükünün böyük hissəsini öz üzərimizə götürmüşük. Ancaq biz indi görürük ki, bu layihə də artıq regional müstəvidən çıxıb. Əvvəlki illərdə bu layihəyə qarşı çıxanlar indi onu dəstəkləyirlər".

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan layihəni tərəfdaşları ilə müzakirə etdikdə “Ermənistan niyə bu layihənin üzvü deyil” sualları ilə üz –üzə qalıb: Hətta “Ermənistan bu layihənin üzvü olmasa, bu layihəyə beynəlxalq dəstək verilməyəcək” məsələləri də ortaya çıxmışdı. Ancaq buna baxmayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərinin birgə iradəsi nəticəsində biz bu layihəni həyata keçiririk, keçirəcəyik. Ermənistan bu layihədən də təcrid edilib. Bu, bizim prinsipial mövqeyimizdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan heç bir regional layihənin iştirakçısı ola bilməz.

 





16.04.2013    çap et  çap et