525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1884-cü il. Görkəmli dövlət xadimi, jurnalist, dramaturq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə (1884-1955) anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət" təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
 
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
 
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
 
M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
 
1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
 
29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.
 
22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

1992-ci il. Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlər qurulub.

1902-ci il. Şamaxı şəhərində 6,9 bal gücündə zəlzələ baş verib.

Bu zəlzələ Şamaxı şəhərinin bütün tarixi ərzində ən güclü zəlzələ olub. Şəhərdə, demək olar, daş-daş üstündə qalmayıb.

Onun xarabalıqları altında üç mindən çox adam qalıb.
 
1729-cu il. İstanbulda ərəb şrifti ilə ilk kitab çap olunub - ərəb lüğətçisi Əbu Həsr İsmayıl ibn Həmməd əl-Fərabi əl-Cauharinin izahlı lüğəti türk dilinə tərcümədə işıq üzü görüb.

Dövrünün ən məşhur lüğətlərindən biri sayılan bu lüğət min ildən çox birinciliyi əldən verməyib.

VIII əsrin ikinci yarısına aid olan lüğət “Nitqin tacı və ərəb dilinin düzgünlüyü” adlanırdı. Əl-Cauhari lüğətə 40 min izahlı termin əlavə edib.

1797-ci il. Avstriya bəstəkarı, musiqidə romantizm cərəyanının banilərindən biri, təqribən 600 vokal kompozisiyanın, habelə xeyli kamera və solo fortepiano musiqisinin müəllifi Frans Şubert (1797-1828) anadan olub.

Bəstəkarın “Qu quşu nəğməsi” toplusundan “Serenada” əsəri, habelə “Ave Mariya”, “Sığınacaq”, “Dənizin sahilində” mahnıları dünya şöhrəti qazanıb.
 





31.01.2017    çap et  çap et