525.Az

Bakı-Qazax yolunun bir hisəsi bağlanıb


 

Bakı-Qazax yolunun bir hisəsi bağlanıb<b style="color:red"></b>

Bakı-Qazax yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən 525.az-a daxil olan məlumatda bildirilir ki, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Bulaqlı hissəsində asfalt-beton örtüyünün üst qatının qoyulması ilə əlaqədar Bakı-Qazax avtomobil yolunun 119-cu km-dən Sabirabad istiqamətinə 6 km məsafədə hərəkət bu gündən tam məhdudlaşdırılıb.

Tikinti işləri aprelin 18-nə kimi davam edəcək. Sürücülər alternativ yol kimi Kür çayı üzərindəki körpüdən keçməklə Şirvan - Sabirabad, yük avtomobilləri isə Sabirabad - Surra - Padar avtomobil yolundan istifadə edə bilərlər.

 





16.04.2013    çap et  çap et