525.Az

Mətbuat Şurasında veteran jurnalistlərin yubileyləri qeyd edildi


 

Mətbuat Şurasında veteran jurnalistlərin yubileyləri qeyd edildi<b style="color:red"></b> Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş toplantı keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, tədbir jurnalistika peşəsinə dəyər verən şəxslərin əməyinin qiymətləndirilməsi baxımından zəruridir.
 
Bundan sonra Ə. Amaşov tanınmış diktor, xalq artisti E. Bayram və T. Yusifovu rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.
 
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə yubilyarlara məclisin xatirə hədiyyəsini təqdim edib.
 
M. Süleymanzadə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları hər iki yubilyarın ömür yolundan söz açaraq xatirələrini bölüşüblər.
 





31.01.2017    çap et  çap et