525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1884-cü il. Məşhur Oksford lüğətinin ilk buraxılışı çapdan çıxıb.

1999-cu il. Türk musiqiçisi, rok, pop və müasir türk sənət musiqisi sənətçisi, televiziya aparıcısı Barış Manço vəfat edib (1943-1999).

B.Manço bəstələdiyi 200-dən çox mahnı, müəllifi olduğu müxtəlif televiziya proqramları ilə bir çox ölkədə, o cümlədən, Azərbaycanda da sevilən sənətçilərdən olub.

2004-cü il. Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaşanan izdiham nəticəsində 251 zəvvar ölüb, 244 nəfər isə yaralanıb.

2013-cü il. Londonda Avropa İttifaqı məkanında ən hündür göydələn (309,6 metr) olan "Şard" istifadəyə verilib.

İtaliyalı memar Renzo Pianonun layihələndirdiyi 95 mərtəbəli binanın inşası 435 milyon funt sterlinqə başa gəlib.
 





01.02.2017    çap et  çap et