525.Az

İlham Əliyev Barak Obamaya başsağlığı verib


 

İlham Əliyev Barak Obamaya başsağlığı verib<b style="color:red"></b> Dövlət başçısı İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya başsağlığı verib.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısının başsağlığında deyilir:
 
“Hörmətli cənab prezident, Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər məni son dərəcə kədərləndirib. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
 





16.04.2013    çap et  çap et