525.Az

İranda güclü zəlzələ baş verib (Foto, Video)


 

İranda güclü zəlzələ baş verib <b style="color:red">(Foto, Video)</b>

Pakistanda ən azı 1200 evin dağıldığı deyilir, zəlzələ Hindistanda da hiss olunub

İran İslam Respublikası ərazisində güclü zəlzələ baş verib. APA-nın xəbərinə görə, zəlzələnin episentrinin İran-Pakistan sərhədinə təsadüf etdiyi və 8 bal gücündə olduğu bildirilir.
 
Təkanlar bütün Fars Körfəzi ölkələrində və Hindistanda da hiss edilib.
 
ABŞ Geoloji Xidməti (USGS) zəlzələdən bir qədər sonra təkanların 7,8 bal, İran tərəfi isə 7,5 bal gücündə olduğunu açıqlayıb.
 
İran Dövlət Televiziyası azı 40 nəfərin öldüyü haqda xəbər yaysa da, adının çəkilməsini istəməyən rəsmi şəxslər yüzlərlə adamın öldüyünü bildiriblər.
 
Təbii fəlakət baş verən ərazi ilə telefon əlaqəsi kəsilib. İranın Qızıl Aypara  Cəmiyyətinin sədri Mahmud Müzəffər bildirib ki, hadisə yerinə ilkin yardım üçün Xorasan, Kirman və başqa yerlərdən 5 xilasedici dəstə göndərilib. O əlavə edib ki, zəlzələnin baş verdiyi 10 məntəqədə yaşayış binaları azdır.
 
Episentri Sərvan şəhəri olan zəlzələnin son 40 ildə İranda baş vermiş ən güclü yeraltı təkan olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir.
 
Pakistanda da dağıntılar var. Ən azı 1200 evin dağıldığı barədə xəbərlər gəlir.



 





16.04.2013    çap et  çap et