525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1996–cı il. Azərbaycan gənclərinin ilk Ümumrespublika forumu keçirilib.

Forumda prezident Heydər Əliyev iştirak edib.

Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

2004–cü il. Türkiyə hökuməti Aralıq dənizi sahilində yerləşən, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edən Ceyhan neft terminalına Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul edib.

1920–ci il. Erməni quldur dəstələri Qərbi Azərbaycandakı (indiki Ermənistan) Şuragel kəndində dəhşətli qırğın törədiblər.

Kənd əhalisinin böyük hissəsi - əksəriyyəti qadın, qoca və uşaqlar olmaqla minədək insan qətlə yetirilib.

 





02.02.2017    çap et  çap et