525.Az

Google Glass-ın xüsusiyyətləri açıqlanıb


 

Google Glass-ın xüsusiyyətləri açıqlanıb<b style="color:red"></b> Google şirkəti saytında eynək şəklində olan daşınan kompüterin texniki xüsusiyyətlərini tərtibatçılar üçün nəzərdə tutulan qurğunun ilk təcrübi partiyasının istehsalının başa çatdırılması ilə eyni vaxtda dərc edib.
 
Eynəyin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da Google-un qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
 
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin şirkət nümayəndələrinin qeyd etdiyinə görə, bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.
 
Qurğu Wi-Fi və Bluetooth standartlı simsiz rabitə modulları ilə təchiz edilib. Bluetooth-un köməyi ilə Glass-ın smartfonla birlikdə işləməsi mümkün olur. Bazar ertəsi Google eynək-kompüterin sazlanması və idarə olunması üçün Android əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan MyGlass əlavəsini buraxıb. Qoşulmuş smartfon vasitəsilə Glass-ın funksionallığına GPS vasitəsilə yerin təyin edilməsi və SMS bildirişlərlə iş əlavə edilə bilər.
 
Glass-ın açıq satışa cari ilin sonunda çıxarılacağı gözlənilir.
 





16.04.2013    çap et  çap et