525.Az

Gədəbəyə qar yağır


 

Gədəbəyə qar yağır<b style="color:red"></b>

Bu gün axşam saatlarından başlayaraq Gədəbəyin dağ kəndlərindən olan Şınıx, Mudutəpə, Çay Kəsəmən və Dağ Kəsəməndə qar yağmağa başlayıb.

Bu barədə APA-nın Qərb bürosuna kənd sakinləri məlumat veriblər. Təxminən saat 5 radələrindən yağmağa başlayan yağış sulu qara, daha sonra isə qara çevrilib. Yağıntıların artıq intensivləşdiyi bildirilir. Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin verdiyi məlumata görə, hələlik yağıntılar ciddi problemlər  yaratmayıb: “Hava soyuq olsa da hələlik temperatur sıfırdan aşağı düşməyib. Əgər şaxta olarsa, meyvə ağacları və digər kənd təsərrüfatı bitkilərinə zərər dəyə bilər”.

 





16.04.2013    çap et  çap et